Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Sərəncam imzalayıb.
“İNFONEWS” xəbər verir ki, Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin:
Həşimov Polad İsrayıl oğlu – general-mayor (ölümündən sonra)
Mirzəyev İlqar Anzor oğlu – polkovnik (ölümündən sonra)
Hüseynov İbad Mövsüm oğlu – ehtiyatda olan baş çavuş.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 dekabr 2020-ci il.