Növbəti TOEFL iBT imtahanının vaxtı AÇIQLANDI – DİM
Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 17-də TOEFL iBT imtahanı keçirəcək.
“İNFONEWS” – un DİM-dən əldə etdiyi məlumatında bildirilib ki, imtahan DİM-in Elektron İmtahanlar korpusunda (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) təşkil olunacaq.
İştirakçılar göstərilən sənədlərlə (şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) imtahan başlamazdan ən azı bir saat əvvəl təyin olunmuş binada olmalıdırlar.
İmtahan saat 09:00-da başlanır.
TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
İmtahan haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.