“Amazon” növbəti genişmiqyaslı işçi ixtisarına hazırlaşır

“Amazon” növbəti genişmiqyaslı işçi ixtisarına hazırlaşır

Dünyanın aparıcı ticarət şirkətlərindən biri olan “Amazon” növbəti genişmiqyaslı işçi ixtisarına hazırlaşır.

“İNFONEWS” “Reuters”ə istinadla verdiyi məlumata görə, bu mərhələdə təxminən 30 min əməkdaşın işdən azad edilməsi planlaşdırılır. Qeyd edək ki, bu, şirkətin son dövrlərdə həyata keçirdiyi ikinci böyük ixtisar dalğasıdır. Belə ki, “Amazon” ötən ilin oktyabr ayında da 14 min işçini ixtisar etmişdi.

Məlumata əsasən, hazırkı ixtisarlar əsasən internet xidmətləri, pərakəndə satış, “Prime Video” platforması və insan resursları sahələrini əhatə edəcək. Agentlik bildirir ki, sözügedən 30 min iş yeri “Amazon”un ümumilikdə 1,58 milyon nəfərlik işçi heyətinin yalnız kiçik bir hissəsini təşkil edir. Xatırladaq ki, şirkət 2022-ci ildə də təxminən 27 min əməkdaşını işdən çıxarmışdı.

Son aylarda qlobal miqyasda bir çox iri şirkət işçi ixtisarlarının tempini artırıb. Məsələn, sentyabr ayında ABŞ-da 25 mindən çox insan işsiz qalıb. İlin əvvəlində “UPS” logistika şirkəti 50 minə yaxın əməkdaşını ixtisar etdiyini açıqlayıb. Avropada isə işdən çıxarılanların sayı artıq 20 mini keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir