Qanunsuz ov edən şəxs saxlanılıb

Qanunsuz ov edən şəxs saxlanılıb

“İNFONEWS” xəbər verir.

Siyəzən rayonunda qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətininin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Zarat kəndi ərazisində qanunsuz ov edən Şərif Şərifzadə saxlanılıb.

Ondan bir ədəd “Ata arms” markalı ov tüfəngi və beş ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı Siyəzən RPŞ-də araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir