Beynəlxalq Muğam Mərkəzində bahar təravətli musiqi gecəsi

Beynəlxalq Muğam Mərkəzində bahar təravətli musiqi gecəsi

Martın 19-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim olunacaq.

“İNFONEWS” xəbər verir ki, konsert dirijor və Prezident mükafatçısı Mustafa Aşurovun rəhbərliyi ilə keçiriləcək.

Proqramda Azərbaycan bəstəkarlarının bahar təravətli əsərləri, vətənpərvərlik və sevgi ruhlu mahnılar səsləndiriləcək.

Musiqili gecənin proqramına həm klassik bəstəkar irsindən nümunələr, həm də xalq mahnılarının işləmələri daxil edilib. Konsertin əsas məqsədi milli bayramımız olan Novruzun gəlişini musiqinin dili ilə tərənnüm etmək və dinləyicilərə bayram əhval-ruhiyyəsi bəxş etməkdir.

Biletləri şəhərin kassalarından əldə etmək olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir