Yol polisi skuter sürən uşağı qəza təhlükəsindən xilas etdi

Yol polisi skuter sürən uşağı qəza təhlükəsindən xilas etdi

Paytaxtın intensiv hərəkətli yollarından birində skuter sürücüsü qəza riski yaradan təhlükəli manevr edib.

“İNFONEWS” xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Vəziyyəti vaxtında görən yol polisi əməkdaşı dərhal müdaxilə edərək onun hərəkət hissəsinə çıxmasının qarşısını alıb. Saniyələr içində faciəyə çevrilə biləcək hadisə yol polisinin çevik reaksiyası sayəsində baş verməyib.

Həmin anın videosu anbaan təhlükəsizlik kamerasına düşüb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir