Azərbaycanlı alim dünyasını dəyişdi

Şərqşünaslıq elmləri doktoru, professor Vilayət Cəfərov 81 yaşında dünyasını dəyişib. 

“İNFONEWS”  xəbər verir ki, Vilayət Cəfərov AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri vəzifəsində çalışıb.

Bakı Dövlət Universiteti, Qafqaz Universiteti və Təfəkkür Universitetlərində pedoqoji fəaliyyətlə məşğul olub

1965-1967-ci illərdə Yəməndə, 1978-1981-ci illərdə İraqda tərcüməçi işləyib.

Vilayət Cəfərov AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “dünya ədəbiyyatı” üzrə fəaliyyət göstərən Müdafiə Şurasının üzvü, Seminar Komisiyasının sədri olub.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir