“SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” -Fərid Tural oğlu Cahangirli

“SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” -Fərid Tural oğlu Cahangirli

 “İNFONEWS” təqdim edir:

“Zəfər Sədası” uşaq xor qrupundakı sevimli Şəhid övladlarının istedadlarını geniş ictimaiyyətə çatdırmaq, onların yaradıcılıq fəaliyyətini dəstəkləmək məqsədi ilə “SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” layihəsinin bu buraxılışının qonağı 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdam rayonunda qəhrəmancasına həlak olan Şəhid XTQ leytenatı Tural Qələmhüseyn oğlu Cahangirovun əziz övladı Fəriddir.

Tanış olaq: Fərid Tural oğlu Cahangirli 

Onun 7 yaşı var – sentyabrda 1-ci sinfə gedəcəkdir.

Mənim adım Fəriddir.
Atam Vətən üçün şəhid olanda mənim cəmi 4 yaşım var idi. Onun üzünü də yaxşı xatırlaya bilmirəm. Amma həmişə onun yanımda olduğunu, varlığını hiss edirəm. Elə bilirəm ki, atam haradansa mənə baxır, məni qoruyur. Mənimlə birlikdə sevinir, mənimlə birlikdə kədərlənir. Bəzən yuxudan oyananda üzümdə atamın isti nəfəsini duyuram.
Amma bütün bunlar atamın yoxluğunu əvəz eləmir.
Anamın, bacımın, qohumlarımızın söhbətlərindən atamın çox yaxşı insan, qayğıkeş övlad, mehriban ata, sədaqətli dost, cəsur döyüşçü yoldaşı olduğunu çox eşitmişəm. Yaddaşımda dumanlı da olsa da, atamın məni çiyninə qaldırması, birlikdə idman etməyimiz qalıb.
Otağımda tək qalanda onun şəkillərinə baxıram. Bəzən də hiss edirəm ki, şəkillərdən mənə baxan soyuq baxışlar birdən canlanır, məni izləyir, məni görür, saçlarımı sığallayır…

Şəhid Tural Qələmhüseyn oğlu Cahangirovun ruhu şad olsun!

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir