Yazıçılar Birliyinin Mingəçevir bölməsində YENİ TƏYİNAT
İyulun 2- sində Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri vəzifəsində yeni təyinat olub.
“İNFONEWS” xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elçin Məhərrəm bildirib ki, görkəmli şair, ədəbi mühitdə özünəməxsus yaradıcılığı ilə tanınan Elşən Əzim Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinə sədr təyin edilib.
“Elşən Əzim uzun illərdir Azərbaycan ədəbi prosesində fəal iştirak edən, poeziyası və ictimai fəaliyyəti ilə seçilən qələm adamlarından biridir. Onun Mingəçevir bölməsinə rəhbər təyin olunması şəhərin ədəbi mühitinin inkişafına və gənc qələm sahiblərinin yaradıcılığının dəstəklənməsinə mühüm töhfə verəcəyi gözlənilir” – deyə, Elçin Məhərrəm söyləyib.
