Filippində fırtına səbəbilə 50 mindən artıq insan təxliyə edilib

Filippinin bir neçə əyalətində “Dutszyuan” fırtınasının yaxınlaşması nəticəsində baş verən daşqınlar səbəbilə 51 min insan təxliyə edilib.

INFONEWS-un “Sinxua”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Təbii Fəlakətlərlə Mübarizə üzrə İdarədən bildiriblər.

Məlumata əsasən, cari ilin ilk tropik fırtınası Filippin sahillərinə fevralın 22-si çatacaq. Sahilə çatana qədər fırtınanın tropik depressiyaya qədər zəifləyəcəyi istisna edilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir