Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığı aparıb.
INFONEWS-un məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqədar İdarəsi bildirib.
Danışıq zamanı iqtisadiyyat, nəqliyyat, təhlükəsizlik və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişafına dair addımlar və regional hadisələr müzakirə olunub.
Söhbət əsnasında Ərdoğan Ankaranın Türkiyə-İran münasibətlərini möhkəmləndirmək niyyətini təsdiqləyib.
ABŞ-ın yeni rəhbərliyindən İrana qarşı tətbiq edilən sanksiyalardan imtina etmələrini istədiklərini deyən Türkiyə Prezidenti, son bir neçə gündə bu mövzuda edilən açıqlamaların yeni bir fürsət pəncərəsi açdığını qeyd edib. Bildirilib ki, Hərtərəfli Birgə Fəaliyyət Planının yenidən fəaliyyətə keçməsi nöqtəsində bütün tərəflərin görüşmələri ən doğru yoldur və bütün çətinliklərə baxmayaraq dialoq qapılarını açıq saxlamaq vacibdir.