Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 338 mindən çox artıb.
İNFONEWS-un “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 338 118 nəfər yeni koronavirusa yoluxub, 7 580 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 111 102 016, ölənlərin isə 2 462 911 nəfərə çatıb.
Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb – 27 773 047 nəfər. Siyahıda daha sonra Hindistan (11 005 850), Braziliya (10 139 148), Rusiya (4 177 330), Böyük Britaniya (4 115 513), Fransa (3 543 295), İspaniya (3 121 687), İtaliya (2 809 246), Türkiyə (2 638 422), Almaniya (2 390 928), Kolumbiya (2 222 018) və Argentina (2 060 625) gəlir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.