UNEC-də inklüziv təhsildə Sİ-in tətbiqi mövzusunda konfrans keçiriləcəkdir

UNEC-də inklüziv təhsildə Sİ-in tətbiqi mövzusunda konfrans keçiriləcəkdir

2 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)  “İNKLÜZİV ALİ TƏHSİL: Müasir inklüziv təhsildə süni intellektin tətbiqi təcrübələri” mövzusunda beynəlxalq elmi-praktiki konfransı keçiriləcəkdir.

“İNFONEWS” xəbər verir ki, beynəlxalq elmi-praktiki konfransın UNEC -in əsas tədris binasında, saat 10.00- 17.00- də keçirilməsi nəzərdə tutulur.

Konfransda iştirak aşağıdakı formalarda mümkündür:

  • Konfransda əyani şəkildə spiker və ya məruzəçi kimi iştirak;
  • Plenar iclasda əsas məruzəçi kimi çıxış;
  • Panel müzakirələrində ekspert və ya moderator kimi iştirak;
  • Elmi məqalə təqdim etməklə iştirak;
  • Həm əyani məruzəçi, həm də elmi məqalə müəllifi kimi iştirak;
  • Onlayn məruzəçi kimi iştirak.

KONFRANSIN ELMİ İSTİQAMƏTLƏRİ

I. İnklüziv ali təhsilin inkişafında qlobal meyillər və çağırışlar.

  • Ali təhsil müəssisələrində inklüziv idarəetmə və strateji planlaşdırma.
  • Müxtəlif ölkələrdə inklüziv ali təhsil modellərinin müqayisəli təhlili.
  • İnklüziv təhsil sahəsində universitetlərin uğurlu təcrübələri.
  • Həssas qruplardan olan tələbələrin təhsildən məşğulluğa keçidinin dəstəklənməsi.
  • İnklüziv və sosial ədalətli cəmiyyətin formalaşdırılmasında universitetlərin rolu.
  • Fiziki, akademik, informasiya və kommunikasiya əlçatanlığının təmin edilməsi.

II. İnklüzivlik və süni intellekt: innovativ imkanlar

  • Süni intellektin inklüziv tədris prosesində tətbiqi.
  • Xüsusi təhsil ehtiyacları olan tələbələr üçün süni intellekt əsaslı dəstək vasitələri.
  • Süni intellekt vasitəsilə əlçatan tədris materiallarının hazırlanması.
  • Görmə, eşitmə, nitq və hərəkət məhdudiyyətləri olan şəxslər üçün innovativ texnologiyalar.
  • Süni intellektin tələbələrin akademik nailiyyətlərinin qiymətləndirilməsində istifadəsi.
  • Ağıllı universitetlər və inklüziv rəqəmsal təhsil ekosistemləri.

III. Süni intellektin etik, hüquqi və sosial aspektləri

  • İnklüziv təhsildə süni intellektdən etik istifadə prinsipləri.
  • Şəxsi məlumatların qorunması və rəqəmsal təhlükəsizlik.
  • Süni intellekt alqoritmlərində ayrı-seçkilik və qərəzlilik riskləri.
  • Rəqəmsal bərabərsizlik və texnologiyalara çıxış imkanları.
  • Süni intellekt əsaslı qərarların şəffaflığı və hesabatlılığı.
  • Süni intellektin tətbiqində insan amilinin və müəllimin rolunun qorunması.

Konfransın elmi istiqamətlərinə uyğun hazırlanmış və Elmi Komitə tərəfindən müsbət qiymətləndirilmiş məqalələr konfrans materialları toplusunda dərc olunacaqdır. Konfransın materialları Azərbaycan, Türk, Rus və İngilis dillərində qəbul ediləcəkdir.

Konfrans haqqında əlavə materialları aşağıdakı linkdən əldə edə bilərsiniz:

https://unec.edu.az/konfrans-inkluziv-ali-tehsil-akademik-mobillik-ve-beynelxalq-tehsilin-elcatanligi/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir