Gələn aydan qaz sayğaclarında kredit həcminə dəyişiklik edilir
Mart ayından etibarən dövlət yoxlanışı məqsədi ilə açılaraq götürülən qaz sayğaclarının yerinə quraşdırılacaq əvvəlcədən ödənişli sayğaclardan istifadə edəcək abonentlərə yeni imkanlar yaradılacaq.
“Azəriqaz” İstehsalat Birliyindən “İNFONEWS”a verilən məlumata görə, mart ayından yeni quraşdırılacaq əvvəlcədən ödənişli sayğaclarda 20 kubmetr həcmində kredit almaq mümkün olacaq. Bu günə qədər istifadədə olan əvvəlcədən ödənişli qaz sayğaclarında bu həcm 10 kubmetrə bərabər idi.