Haradadır Rəcəb əhli?!

Haradadır Rəcəb əhli?!

“İNFONEWS” xəbər verir.

Rəcəb ayı hicri-qəməri ilinin yeddinci ayıdır.

Bu ay İslamdan öncə də müqəddəs ay hesab olunurdu. Ərəblər bu ayı haram yəni hörmətli ay bilər, bu zamanda müharibə etməkdən çəkinərdilər. Hərfi mənada “rəcəb”- təzim etmək, həya etmək, çəkinmək deməkdir.

Rəcəb ayı müqəddəs üçayların birincisidir. Bu ay tövbə diləmə, bağışlanma istəmə, yalandan, qeybətdən, böhtandan, günahlardan, yaltaqlıqdan uzaqlaşmaq ayıdır.

Rəcəb ayına xüsusi dualar, zikrlər, namazlar aiddir ki, bu ibadətlərə məxsusi qeyd olunan günlərdə əməl edilməsinin böyük fəziləti vardır.

Rəcəb ayında ən azı üç gün oruc tutmağın insanın ruhuna, vücuduna böyük müsbət təsirləri olur.

Həzrət Peyğəmbər əleyhissəlam buyurmuşdur, hər kim Rəcəb ayında 1000 dəfə “Lə İləhə İlləllah” desə, Allah Təala ona yüz min həsənə və xeyir əra edər.

Həmçinin Rəcəb ayında baş vermiş bir sıra tarixi hadisələri qeyd etsək yerinə düşər. Belə ki, Rəcəb ayının 13-də Həzrət Əli əleyhissalam Kəbə evində dünyaya gəlib. Ey zamanda Rəcəb ayının 24-də mühüm əhəmiyyət malik olan Xeybər qalası fəth edilib.

Rəcəb ayından sonra sıra ilə Şəban və Ramazan ayları gəlir.

Uca Allah biz bəndələrinin günahlarını bağışlamaq üçün bir növ bəhanə axtarır və hər an bizə fürsətlər verir.  Belə ki, hər bir ayda, hər bir həftədə önəmli və müqəddəs günlər və gecələrə qərar verilib.

Əlimizə düşən bu fürsətdən öz ruhumuzu, vücudumuzu paklaşdırmaq, əməllərimizi xalis  üçün maksimum istifadə edib, bizi yaradan uca və əzəmətli Allaha yaxınlaşmaq necə də gözəldir. 

Nurlu Əli

“İNFONEWS” -un din üzrə eksperti

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir