“Yeni alınma sözlər lüğəti” nəşr edib
“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.
Dövlət Tərcümə Mərkəzi son 25–30 ildə Azərbaycan dilinin leksik fonduna daxil olmuş ictimai-siyasi, iqtisadi, sosial-mədəni, texniki, texnoloji və digər sahələrdə gedən proses və tendensiyaları əks etdirən yeni alınma sözlərin toplandığı “Yeni alınma sözlər lüğəti (izahlı sözlük)” kitabını nəşr edib.
Tərcümə Mərkəzindən bildirilib ki, mütəxəssislərlə yanaşı, kütləvi istifadə üçün nəzərdə tutulan lüğətin tərtibçi-müəllifi filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, elmi redaktoru AMEA-nın həqiqi üzvi Nizami Cəfərovdur.
Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap olunub.