Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 4403 yeni yoluxma faktı qeydə alınıb, 2919 nəfər sağalaraq evə buraxılıb.
“İNFONEWS” xəbər verir ki, analiz nümunələri müsbət çıxan 42 nəfər vəfat edib.
Qeyd edək ki, indiyədək ölkəmizdə ümumilikdə 158 555 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 96 330 nəfər müalicə olunaraq sağalıb, 1 755 nəfər vəfat edib, aktiv xəstə sayı 60 470 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19066, bu günə qədər isə ümumilikdə 1884578 test nümunəsi götürülüb.