Bakıda yataqxanada yanğın başlayıb
“İNFONEWS” xəbər verir.
Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxana yanır.
FHN-dən verilən məlumata görə, hadisə Yasamal rayonu, Tbilisi prospekti ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada qeydə alınıb.
Yanğın binanın dam örtüyündə baş verib
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq canlı qüvvəsi və texnikası cəlb olunub.
Bina sakini Ağdam rayonundan məcburi köçkün Eldəniz Hüseynovla telefon əlaqəsi yaradıb. E. Hüseynov bildirib ki, yangın söndürülüb, qaz, işıq verilişi də qaydasındadır… .
Qeyd edək ki, adıgedən yataqxanada 29 ildir məcburi köçkünlər məskunlaşıb və yataqxana bərbad vəziyyətdədir.