“Azəriqaz” kəskin hava şəraiti ilə bağlı abunəçilərə müraciət edib
“İNFONEWS” xəbər verir.
Azərbaycan Dövlət Neft şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi abunəçilərə müraciət edib.
Müraciətdə deyilir:
“Əgər belə bir kəskin hava şəraitində mənzilinizdə istifadə etdiyiniz qaz cihazlarında hər hansı bir nasazlıq yaranarsa, bizimlə əlaqə saxlaya bilərsiniz. Bu sahədə təcrübəsi olan əməkdaşlarımız sizə yardım göstərəcəklər.
Bundan başqa, kim əvvəlcədən ödənişli sayğacdan istifadə edirsə və hazırda sayğacında qaz həcmi bitibsə, quruma müraciət edə bilər. Bu soyuq havada evdən bayıra çıxa bilməyən abonentlərimiz kartlarına vəsait yükləmək istəyərlərsə, köməklik etməyə çalışacağıq. Kartlarını götürüb terminallarda balansını artırmaqla geri qaytaracağıq. Xahiş edirik ki, kimin bu kimi xidmətlərə ehtiyacı olarsa, sosial şəbəkə üzərindən və yaxud “Whatsapp” nömrəmizə (077 3 104 104) yazsın”.