Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın telefon danışığı olub.
“İNFONEWS” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.
“Danışıqlar zamanı Ermənistandakı vəziyyət müzakirə olundu. Putin Ermənistanda asayişin və əmin-amanlığın qorunması, vəziyyətin qanun çərçivəsində həll edilməsi lehinə danışdı. Dövlət başçısı, həmçinin, bütün tərəfləri təmkinli olmağa çağırdı”, – deyə Peskov bildirib.