Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz

Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz

“İNFONEWS” xəbər verir.

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində Xocalı soyqırımının 29-cu il dönümü ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

Xocalı soyqırımı kimi faciələr unudula bilməz. Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunması cəhdlərindən hər zaman qoruyacağıq. Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir