Qasparyan Arayiki döyüb

Qasparyan Arayiki döyüb

“İNFONEWS” “Azvision.az” -a istinadən xəbər verir.

Ermənistanın “168.am” saytı dünən ölkədə gizlədilən ciddi bir qalmaqalla bağlı məlumat yayıb.

Sayt separatçıların rəhbəri Arayik Arutyunyanın döyüldüyünü iddia edib.

“Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan Silahlı Qüvvələrin baş qərargah rəisi Onik Qasparyanın ofisinə gedib. O görüşə “Artsax” rəhbəri Arayik Arutyunyanla birlikdə gəlib. Arayik Onik Qasparyana müəyyən siyasi təzyiqlər göstərməyə çalışdığı bir vaxtda general onu vurub”, – deyə erməni mətbuatı yazıb.

Xatırladaq ki, ötən gün Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Baş nazir dərhal Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərərək ölkədə hərbi çevrilişə cəhdin olduğunu bəyan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir