Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 71 nəfər dünyasını dəyişib.
INFONEWS-un məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi bildirib.
Nazirlikdən bildirilib ki, koronavirusdan ölənlərin ümumi sayı 28 503 nəfərə çatıb.
Məlumata əsasən, ölkədə 9 193 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 693 164 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 8 938 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 565 723 nəfər təşkil edir.