Ukrayna mediası İlham Əliyevin mətbuat konfransından yazır

Ukrayna mediası İlham Əliyevin mətbuat konfransından yazır

“İNFONEWS” “Azvision.az” -a istinadən xəbər verir.

Ukraynanın nüfuzlu xəbər portalları Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı barədə məqalələri geniş dərc edib.

Ukraynanın “tsn.ua”, “dialog.ua”, “podrobnosti.ua”, “korrespondent.ua”, “polemika.ua” və digər xəbər portalları Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlərə geniş yer ayırıb.

Məqalələrdə dövlətimizin başçısının Azərbaycan və Ukrayna arasında əməkdaşlıq, Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə uğurlu hərbi əməliyyatları, Ermənistanın verdiyi böyük itkilər barədə açıqlamaları da öz əksini tapıb.

Bundan başqa, işğaldan azad olunan ərazilərdə Azərbaycanın yeni beynəlxalq hava limanlarının tikintisinə başlaması, Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dili olduğundan, bunun Qarabağ bölgəsində tətbiq ediləcəyinə dair ölkə başçısının fikirləri də Ukrayna mətbuatında yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir