Cari ildə ölkədən 37 milyon dollarlıq meyvə-tərəvəz ixrac edilib
“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.
İlin ilk 2 ayı ərzində meyvə-tərəvəz ixracının dəyəri 37 milyon ABŞ dolları olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayına istinadla xəbər verir ki, yanvar-fevral aylarında pambıq lifi ixracı 14,3 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 13,8 milyon, kimya sənayesi məhsullarının ixracı 3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 7,8 milyon, pambıq ipliyi ixracı 3,2 milyon, spirtli və spirtsiz içkilərin ixracı 1 milyon, şəkər ixracı 1,5 milyon, bitki və heyvan mənşəli piylər və yağların ixracı 1,7 milyon, çay ixracının dəyəri 760 min dollar təşkil edib.