Direktorların işə qəbulu üzrə imtahanların qrafiki namizədlərin şəxsi səhifələrinə göndərilib
“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.
Martın 6-7-də direktorların işə qəbulu üzrə test imtahanları keçiriləcək.
Təhsil Nazirliyindən bildirilib ki, imtahanlar Bakı şəhəri daxil olmaqla 12 bölgədə yerləşən 25 imtahan mərkəzində təşkil ediləcək. İmtahanların keçiriləcəyi yer və qrafik barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu mərhələdə elektron ərizəsi qəbul edilmiş 3 min 300-dən çox namizədin iştirakı nəzərdə tutulub.
İmtahanda namizədlərə 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim olunacaq.