Qırğızıstanın “goldenbridgenews.com” və “turkeltoday.info” portalları AZƏRTAC-ın “Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib” sərlövhəli materialının tam mətnini yayımlayıb.
INFONEWS xəbər verir ki, “goldenbridgenews.com” portalı Azərbaycan Prezidenti İlham Əliyevin 4 saatdan çox davam edən mətbuat konfransında 35 media qurumunun 50-dək sualına dörd dildə – Azərbaycan, türk, ingilis və rus dillərində cavab verdiyini bildirib.
Portal yazır: “Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal mətbuat konfransında deyib ki, 25 ildir jurnalistika ilə məşğuldur, amma hər hansı prezidentin dörd dildə bu cür mətbuat konfransı keçirməsinin şahidi olmayıb”.
Sayt xarici jurnalistlərin Füzuli və Cəbrayıl rayonlarında erməni vandallarının dağıtdığı şəhər və kəndləri öz gözləri ilə görməsi, Füzulidə beynəlxalq hava limanının tikildiyi məkana getmələri ilə bağlı da informasiya verib.