Ermənistandan ələ keçirilən hərbi texnikaların və avtomobillərin nömrələrindən hazırlanmış lövhə Azadlıq Meydanındadır.
“İNFONEWS”-un Trend-ə istinadən məlumatına görə, bir neçə müddət öncə sosial şəbəkələrdə Kəlbəcərdə ermənilərin Azərbaycana məxsus avtomobil nömrələrindən hazırladıqları lövhə gündəmə gəlmişdi.
İndi isə Azadlıq Meydanında Ermənistanın ələ keçirilən hərbi texnika və avtomobillərinin nömrələrindən ibarət lövhə hazırlanıb. Hazırlanmış lövhənin üzərində isə “Qarabağ Azərbaycandır!” yazılıb.