“Vətən naminə” onlayn şahmat turnirinin qalibləri təltif olunub
“İNFONEWS” xəbər verir.
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənclər arasında onlayn formada şahmat turniri təşkil olunub. Yarış İsveçrə sistemi üzrə 3+2 formatında olmaqla, 90 dəqiqə keçirilib.
Bu barədə Gənclər və İdman Nazirliyinin rəsmi saytında məlumat paylaşılıb. Məlumatda qeyd edilir ki, “Vətən naminə” onlayn şahmat turnirinin nəticələrinə əsasən, Jalə Babazadə qalib gəlib. Rakif Quliyev yarışı ikinci, Həbib Həbibi isə üçüncü pillədə başa vurublar.
Qaliblər karantin rejimi qaydalarına riayət olunmaqla, Lənkəran Şəhər Gənclər və İdman İdarəsi tərəfindən təltif olunublar.