Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsində səfərdə olan Gürcüstan XİN rəhbəri David Zalkalianini qəbul edib.
“İNFONEWS” xəbər verir ki, bu barədə David Zalkaliani öz tvitter hesabında məlumat verib.
“Türk dostum və həmkarım Mövlud Çavuşoğluya səmimi qarşılama üçün minnətdaram. İkitərəfli münasibətlərin gündəliyini Gürcüstan və Türkiyə arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək ruhu ilə müzakirə edəcəyik”,- deyə Zalkaliani paylaşımında qeyd edib.