Şamaxı rayonu Çarhan kəndindəki evlərin birindən ümumi dəyəri 3200 manat olan inşaat materialları, müxtəlif məişət əşyaları və təmir-tikinti alətləri oğurlanıb.
DİN-in Mətbuat Xidmətindən “İNFONEWS” -a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, zərərçəkmişin həmkəndlisi Ruslan Mahmudov saxlanılıb. Araşdırma zamanı həmin şəxsin yanvar-fevral ayları ərzində Çarhan kəndi ərazisində daha 6 evdən oğurluq etdiyi məlum olub.
Belə ki, R.Mahmudovun ev sahiblərinin evdə olmamasından istifadə edərək həmin ünvanlara daxil olduğu, ümumi dəyəri 5000 manata yaxın olan müxtəlif məişət əşyaları və elektrik kabelini oğurladığı müəyyən edilib. O, oğurladığı əşyaların bir qismini satıb, digərləri isə polis əməkdaşları tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb.