Bu gün “Şəhidlər xiyabanı”nda şəhid qadınlarımız yad olundu
“İNFONEWS” xəbər verir.
Bu gün Müharibə Veterenlarına Sosial Yardım İctimai Birliyinin təşkilatçılığı ilə I Qarabağ müharibəsi veteranları və şəhid analarından ibarət nümayəndə heyəti “Şəhidlər xiyabanı”nı ziyarət edərək, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid qadınlarımız yad olunub.
Azərbaycanın Milli Qəhrəmanları Salatın Əsgərova, Gültəkin əsgərova, şəhid döyüşçülər Qaratel Hacımahmudova, Rəhilə Orucova, Gülbar Heydərova, Məlahət Nəsibova, Sədaqət İbadova və Xocalı faciəsi zamanı həlak olmuş iki qızcığaın. O cümlədən 20 yanvar şəhidlərinin qadın şəhidlərinin məzarı ziyarət olunub, ehtiram əlaməti olaraq məzarlarının üzərinə qırmızı qərənfil dəstələri düzülüb.
Müharibə Veterenlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas müharibədə qəhrəmanlıqla döyüşmüş, düşmənə qarşı mübarizə aparmış qadınlarımızın şücaəti haqqında danışarkən vətənin dar günündə silaha sarılan qadınları düşmən çəpəri adlandırıb:
Qədimdən Atalar “Oğul düşmən çəpəridir” , – deyirlər. Oğlun vəzifəsi, borcu vətənini, ailəsini qorumaqdı. Amma tarixən Azərbaycan qızı, Azərbaycan qadını xalqın ən ağır məqamlarında “çəpər” olmaqdan çəkinməyib. Məsələn, I Qarabağ müharibəsi zamanı qadınlarımız da kişilərlə bərabər müharibənin ən qaynar nöqtələrində böyük şücaət göstəriblər. Bu gün onlar unudulmur, xalqımız öz qəhrəman qadınlarını hər zaman hörmətlə anır.
Tədbirdə Respublika İncəsənət Gimnaziyasıın şagirdi, qiraət istedadı ilə seçilən Mehdi Həsənov şəhidlərimizə aid, şeirlər, esselər söyləyərək dinləyənləri kövrəldib.
I Qarabağ döyüşlərində yaxından iştirak etmiş Rüxsarə Cumayeva Qarabağ torpaqlarının düşmən tapdağından xilas olduğunu vurğulayaraq, Azərbaycan Ordusuna və Ali Baş Komandana bütün keçmiş döyüşçülər adından təşəkkürünü bildirib:
Azərbaycan Ordusunun qüdrəti, Ali Baş Komandanın siyasi iradəsi hesabına qisasınız yerdə qalmadı Əziz silahdaşlarımız, əziz şəhidlərimiz! Rahat yatın! Ruhunuz şad olsun! Allah bütün şəhidlərimizə rəhmət etsin!
Tədbirin sonunda I Qarabağ müharibəsində şəhid olmuş qadınların, həmçinin Azərbaycan Vətən Müharibəsinin ilk xanım şəhidi Arəstə Baxışovanın, o cümlədən, bütün şəhidlərin ruhuna dualar oxunub.