Martın 6-da direktorların işə qəbulu üzrə test imtahanlarına start verilib. 12 bölgədə yerləşən 25 imtahan mərkəzində təşkil olunan imtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilir.