UNEC-də veb proqramlaşdırma təlimlərinə start verilib

UNEC-də Vətən müharibəsi şəhidlərinə həsr olunan “ZƏFƏR” adlı veb proqramlaşdırma təlimlərinə start verilib.

İnfoNews bildirir ki, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi və Coders Azerbaijan veb proqramlaşdırma mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən təlimlər 1 ay müddətində ödənişsiz davam edəcək. 

Təlimlərin məqsədi  tələbələrin  texnologiya sahəsində inkişafı, onların gələcəkdə bu sahədə uğurlu olmalarına dəstək göstərməkdir.

Kursun sonunda yarış həftəsi təşkil olunacaq. İlk 3 yerin qaliblərinə diplom, pul mükafatı və Coders Azerbaijan tərəfindən endirim paketləri təqdim ediləcək. Layihənin bütün iştirakçıları sertifikat ilə təltif ediləcəklər.

1-ci yer 150 manat + Coders Azerbaijan tərəfındən 500 manatlıq kupon 

2-ci yer 100 manat + Coders Azerbaijan tərəfındən 300 manatlıq kupon 

3-cü yer 50 manat + Coders Azerbaijan tərəfındən 100 manatlıq kupon 

Müraciət edən 474 tələbə arasından 60 şanslı namizədlə 2 həftəni geridə qoymuş kurs tələbələri veb proqramlaşdırma sahəsində sürətlə inkişaf etdirməyə davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir