Bakıda külək məktəbin dam örtüyünü uçurdu
“İNFONEWS” xəbər verir.
Paytaxtda müşahidə olunan güclü külək 278 nömrəli tam orta məktəbin bir korpusunun dam örtüyünü uçurub.
Bu barədə Bakı Şəhər Təhsil İdarəsindən bildirilib.
Hadisə ilə əlaqədar mütəxəsislər məktəbdə olub, ilkin təhlükəsizlik tədbirləri görülüb. Araşdırmalardan sonra müvafiq rəy veriləcək. İlkin təhlükəsizlik tədbirlərinin təmin olunması ilə yanaşı, hava şəraiti imkan verən kimi dam örtüyünün bərpa işlərinə başlanacaq.