Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır

Bütün sahələrdə olduğu kimi, əmək bazarında da qadınların rolu getdikcə artır və onlar öz əməyi ilə respublikamızın sosial-iqtisadi, ictimai-mədəni inkişafına öz dəyərli töhfələrini verirlər.

İnfoNews Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən bildirir ki, hazırda Nazirliyin “Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyatda olan aktiv əmək müqaviləsi bildirişlərinin 44%-i qadınlarla bağlanan əmək müqavilələrinə aiddir.

Altsistemin məlumatlarına görə, əmək müqaviləsi əsasında işləyən vətəndaşların təhsil pilləsi üzrə bölgüsündə ali təhsilli şəxslərin 46%-i, ümumi təhsilli şəxslərin 37%-i, orta ixtisas təhsilli şəxslərin 55%-i, ilk peşə-ixtisas təhsilli şəxslərin 24%-i qadınlardan ibarətdir.

“Əmək müqaviləsi bildirişi” altsistemindəki məlumatlara əsasən işləyən qadınların 16%-i 16-30 yaşlarında, 27%-i 31-40 yaşlarında, 23%-i 41-50 yaşlarında, 24%-i 51-60 yaşlarında, 10%-i isə 61 yaşdan yuxarı olanlardır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir