NASA Aya qadın göndərir
“İNFONEWS” xəbər verir.
NASA yaxın 10 ildə Aya ilk qadını göndərmək planlarını açıqlayıb.
Bu barədə “CBS Nyus” kanalı məlumat yayıb.
Missiya doqquz kişi və doqquz qadının iştirak edəcəyi “Artemis” proqramı çərçivəsində planlaşdırılır.
NASA-nın kosmik buraxılışlar missiyasının rəhbəri Çarli Bləkvel-Tompson bildirib ki, ayın öyrənilməsinə qayıtmaq müxtəlif qiymətli biliklər əldə etməyə və bir çox elmi kəşflərə imkan verəcək.