Sahibə Qafarova qadınları təbrik edib

Sahibə Qafarova qadınları təbrik edib

“İNFONEWS” xəbər verir.

Milli Məclisin sədri Sahibə Qafarova Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.

Statusda deyilir:

“Əziz və dəyərli xanımlar! Sizləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Siz xanımlar zərifliyin, gözəlliyin, xeyirxahlığın və səmimiyyətin nişanəsisiniz.

Bu gözəl gündə xüsusi təbriklərimi Vətənimizə ləyaqətli və qeyrətli oğullar bəxş etmiş analara çatdırmaq istəyirəm. Sizin yetişdirdiyiniz övladlar vətənimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını və sağlamlıqlarını qurban vermişdir. Buna görə Sizlərin qarşınızda baş əyir, bayramınızı təbrik edirəm!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir