Bakıda kütləvi quş ölümü baş verdi

Bakıda kütləvi quş ölümü baş verdi 
“İNFONEWS”-a Bakı şəhəri Milli Elmlər Akademiyasının (AMEA) həyətində çoxsaylı qarğaların kütləvi şəkildə tələf olmasına dair məlumat daxil olub.

“İNFONEWS” xəbər verir ki, daxil olan videomaterallarda xalq arasında qarğa adlandırılan Sərçəkimilər dəstəsinə aid olan zağcaların müxtəlif ərazilərdə kütləvi şəkildə tələf olması aydın görülür.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğumuza cavab olaraq AMEA-nın Zoologiya İnstitutuna müraciət etməli olduğumuz bildirildi.

AMEA Zoologiya İnstitutunun aparıcı elmi işçisi Əbülfəz Tağıyev sorğumuza cavab olaraq bildirdi ki, “Sərçəkimilər dəstəsinin Qarğalar fəsiləsindən Azərbaycan faunasına 10 növ daxildir. Bu növlərdən Ala sağsağan, zağca, ala qarğaya yaşayış məntəqələrində tez -tez rast gəlinir. Bu növlər yaşayış məntəqələrindən müxtəlif məqsədlər üçün istifadə edirlər. Video görüntülərdə zağcanın müxtəlif ərazilərdə ölümünə aid kadrlar var. Zağçaların Bakı şəhərində tez tez ölüm faktları ilə müxtəlif informasiyalar verilir. Qışlama dövründə Bakı şəhərində onların sayı çoxalır. Bu şimal rayonlarında qarın yağması, şaxtaların və soyuqların düşməsi ilə həmin quşların cənuba doğru miqrasiyası ilə bağlıdır. Zağcalar H.Cavid parkında, AMEA-nın  və BDU-nun həyətindəki ağaclarda və digər ərazilərdəki ağaclarda gecələyirlər. Bəzi fərdlər gündüz saatlarında parklarda qidalanırlar. Ölüm səbəbəbi müxtəlif ola bilər. Bioloji ölüm -həyatını başa vurmuş fərdlər, zibilliklərdəki qida qalıqlarından infeksiyının  keçməsi, soyuqdan xəstələnməsi, qida catışmazlığı, küçələrin dezinfeksiya edilməsi və s. səbəblərdən baş verə bilər. Son zamanlar Bakı şəhərində zibil qutularının qapaqlı formalarının olması əvvəlki açıq zibil yeşikləri ilə müqayisədə qıda çatışmazlıgı yarada bilər. Bütün hallarda tez tez ölüm faktlarına rast gəlinsədə bu kütləvi hal almayıb. Qida Təhlükəsizliyi Agentliyi ölən zağcaların qanlarından analiz üçün nümunələr götürüb quş qripi xəstəliyinə tutulub tutulmaları barədə dəqiq informasiya verə bilər.”

Problemlə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət ünvanladıq.

Mövzunu diqqətdə saxlayacağıq.

Video1
Video2 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir