Ümumdünya Ticarət Təşkilatında koronavirus vaksinlərinin əqli mülkiyyət hüququ barədə razılıq əldə edilməyib

Ümumdünya Ticarət Təşkilatında koronavirus vaksinlərinin əqli mülkiyyət hüququ barədə razılıq əldə edilməyib

“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzv ölkələri Cenevrədə pandemiya dövründə koronavirusa qarşı vaksinlərin əqli mülkiyyət hüququnun ləğv edilməsinə dair müzakirələrdə razılaşma əldə edə bilməyiblər.

Ötən ilin oktyabr ayından bəri sayca səkkizinci dəfə baş tutan danışıqlarda beynəlxalq təşkilatın 100-dən artıq üzv dövləti vaksinlər üzərindəki əqli mülkiyyət hüququnun ləğv edilməsini və bu yolla da patentdən azad vaksinlərin daha çox şirkət tərəfindən istehsalına yol açılmasını tələb ediblər. Lakin əczaçılıq sənayesinin inkişaf etdiyi ölkələr və eləcə də həmin sənayenin özü indiyədək növbəti dəfə bu təşəbbüsün qarşısını kəsməyə müvəffəq ola biliblər. Müzakirələrin sonunda əldə edilən yeganə razılaşma aprel ayında yenidən bu mövzuya baxılması olub.

Qeyd edilməlidir ki, koronavirus vaksinlərində patentlərin ləğv olunması təşəbbüsünün başında Hindistan və Cənubi Afrika Respublikası dayanır. Hindistan səfiri müzakirələrin yekununu şərh edərkən, patentlərin müvəqqəti də olsa aradan qaldırılmasının önünün kəsilməsindən təəssüfləndiyini bildirib. Eyni zamanda qeyd edilib ki, bir sıra zəngin ölkələr tələbatdan yüksək miqdarda peyvənd dozalarını öz sərəncamlarında saxlamaqla və patentin ləğv edilərək istehsalatın artırılmasının önünü kəsməklə dünyada peyvənd çatışmazlığına yol açırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir