Laçın polisi erməni hərbçilərinin atıb qaçdığı silah-sursat aşkarlayıb

Laçın polisi erməni hərbçilərinin atıb qaçdığı silah-sursat aşkarlayıb

“İNFONEWS” xəbər verir.

Polis əməkdaşları işğaldan azad olunmuş ərazilərdə silah-sursatın aşkarlanması istiqamətində profilaktiki tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilmiş növbəti tədbirlər zamanı Xocavənd rayonunda Üçtəpə adlanan ərazidə erməni hərbi birləşmələrinin atıb qaçdığı bir avtomat, bir karabin, bir tüfəng, RQD-5 tipli 8 əl qumbarası və alışdırıcıları, 20 avtomat sandığı, 3500-dək avtomat və pulemyot gülləsi aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir