Daha 3 qazinin əməliyyat xərclərini “YAŞAT” Fondu qarşılayıb
“İNFONEWS” xəbər verir.
“YAŞAT” Fondu ağır yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması üzrə işləri davam etdirir.
Fonddan verilən məlumata görə, qazilərimiz Misir Axundovun, Cavid Arzumanovun və Həsən Mehdiyevin əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.
Allah qazilərimizə şəfa versin!
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.