Bayden ABŞ-ın vaksinasiya planını üstələyəcəyini açıqladı

Bayden ABŞ-ın vaksinasiya planını üstələyəcəyini açıqladı

“İNFONEWS” xəbər verir.

ABŞ Prezidenti Co Bayden xalqa müraciətində ölkə əhalisinin koronavirusa qarşı peyvənd olunması planını üstələyəcəklərini açıqlayıb.

Bu barədə “CBS News” məlumat yayıb.

“Mən demişdim ki, prezidentliyimin ilk 100 günündə 100 milyon peyvənd olunma sayına çatacağıq. Bu gün isə deyə bilərəm ki, biz sadəcə bu planı yerinə yetirməklə qalmayacıq, eyni zamanda bunu üstələyə bilərik. Çünki biz hazırda 100 milyon peyvənd olunma sayına prezidentliyimin 60 günündə çata bilərik”, – deyə Co Bayden bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir