Biləsuvarda mikroavtobus qəzaya düşdü

Biləsuvarda mikroavtobus qəzaya düşdü

“İNFONEWS” “Report” -a istinadən xəbər verir.

Biləsuvar rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Hadisə səhər saatlarında yeni Ələt-Astara avtomobil yolunda qeydə alınıb. Belə ki, mikroavtobusun yolun kənarına aşması nəticəsində 1 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

Yaralılardan 4-ü Biləsuvar, 2-si isə Cəlilabad xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir