Şəhriyar Məmmədyarov “Meltvater” turnirində Levon Aronyan üzərində inamlı qələbə qazanıb

Şəhriyar Məmmədyarov “Meltvater” turnirində Levon Aronyan üzərində inamlı qələbə qazanıb

“İNFONEWS” xəbər verir.

Martın 13-də dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü mərhələsi – “Meltvater” turniri start götürüb.

Şahmatçımız Şəhriyar Məmmədyarov birinci turda ermənistanlı Levon Aronyanı məğlub edib.

Ş.Məmmədyarovun növbəti turda rəqibi Rusiya təmsilçisi Daniil Dubov olacaq.

Digər şahmatçımız Teymur Rəcəbov birinci turda niderlandlı Aniş Giri ilə heç-heçə edib. Növbəti qarşılaşmada təmsilçimiz argentinalı Alan Piçot ilə qarşılaşacaq.

Martın 21-dək davam edəcək yarışda 16 şahmatçı mübarizə aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir