Macar nəşri XİN başçısının Azərbaycana səfərindən yazıb

Macar nəşri XİN başçısının Azərbaycana səfərindən yazıb

“İNFONEWS” xəbər verir.

Macarıstanın geniş oxucu auditoriyasına malik olan “Madyar Nemzet” qəzetinin onlayn versiyasının saytında bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyartonun Azərbaycana səfəri barədə məlumat dərc edilib.

Trend xəbər verir ki, materialda macar nazirin öz azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarından bəhs edilir. Nəşrdə Siyartonun Azərbaycan XİN rəhbəri ilə görüşdən sonra dediyi: “Macarıstan hökuməti Qarabağın dirçəldilməsində milli şirkətlərin iştirakını dəstəkləyir” sözləri sitat gətirilir.

“Madyar Nemzet” qəzeti yazır ki, Peter Siyartonun Bakıda danışıqları iki məqsəd daşıyırdı: Qarabağın dirçəldilməsində macar şirkətlərinin iştirakına kömək göstərmək və Macarıstanın bundan sonra da Azərbaycandan qaz almasına imkan verəcək sazişə yaxınlaşmaq.

Peter Siyarto mətbuat konfransında qeyd edib ki, Macarıstan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə beynəlxalq birlik tərəfindən tanınmış sərhədlər çərçivəsində hörmət bəsləyir. “Biz daim bu mövqedən çıxış etmişik və bəzilərindən fərqli olaraq, bu barədə həmişə açıq danışırıq”, – deyə nəşr nazirin sözlərindən sitat gətirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir