Hikmət Hacıyev: “Ağdamda olarkən qarışıq hislər keçirirəm”
“İNFONEWS” “Caliber.Az” -a istinadən xəbər verir.
Bu gün KİV, QHT nümayəndələri, bloqerlər və ictimai xadimlər Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə birlikdə işğaldan azad edilmiş Ağdam rayonuna səfər ediblər.
Hikmət Hacıyev Ağdamda olarkən qarışıq hislər keçirdiyini bildirərək qeyd edib:
Bir tərəfdən, bu, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Cənab Prezident İlham Əliyev tərəfindən xalqımıza qazandırılan qələbə hissidir. Digər tərəfdən bu xarabalıqları müşahidə edərkən insan istər-istəməz bir qədər məyus olur.
Ancaq əminik ki, dövlətimiz Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi altında Ağdamı bərpa edəcək və bölgə yenidən gözəl görkəmini geri qaytaracaq.