Sumqayıtda intihara cəhdin qarşısı alınıb (VİDEO)

Sumqayıtda intihara cəhdin qarşısı alınıb (VİDEO)

14 mart 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində Dənizkənarı Bulvarda 1 nəfər vətəndaşın intihara cəhd etməsi barədə məlumat daxil olub.

FHN-dən “İNFONEWS”a verilən məlumata görə, dərhal əraziyə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Dalğıc-xilasetmə qrupunun ciddi səyləri nəticəsində vətəndaşın son anda suya atılmasının və intihara cəhdinin qarşısı alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir