Böyük Britaniyada 24 saat ərzində koronavirusun yaratdığı xəstəlikdən ölən xəstələrin sayı 52 nəfər təşkil edib, bu da keçən ilin 12 oktyabrından bəri ən aşağı göstəricidir.
INFONEWS-un məlumatına görə, bu barədə hökumət məlumatları olan saytda bildirilib.
Məlumata əsasən, sutka ərzində ölkədə 4 618 yeni yoluxma halı qeydə alınıb ki, bu da sentyabr ayının sonundan bəri minimal göstəricidir.
Ümumilikdə, Britaniyada koronavirusa yoluxan 125,5 mindən çox insan öldü, bu da Avropada ən böyük göstəricidir. Qeydə alınan yoluxma hallarının sayı 4,25 milyonu keçib.