Telefondan istifadə etməməsi onun çox işinə yarayır

Telefondan istifadə etməməsi onun çox işinə yarayır

“İNFONEWS” xəbər verir.

Kanadalı müğənni Jastin Biber mobil telefon istifadə etmədiyini söyləyib.

Onunla əlaqə yaratmaq istəyənlərə sərhəd qoymaq üçün belə bir addım atdığını deyən müğənni qeyd edib ki, telefondan istifadə etməməsi onun çox işinə yarayır.

Model Hailey Baldwin ilə xoşbəxt bir ailə tablosu formalaşdıran Bieber özü haqqında heç kəsin bilmədiklərini insanlarla bölüşüb. 27 yaşlı müğənni telefon deyil, İPad istifadə etdiyini deyib.

Müğənni “Sərhədləri necə müəyyən etməyi bildim və kiməsə hansısa bir borcum olduğunu düşünmürəm” söyləyib. Justin onu da əlavə edib ki, çox mülayim xarakterli bir insan olduğundan insanlara “yox” deyə bilmir. Lakin atdığı bu addım ona bu işdə kömək olur.

Qeyd edək ki, Justin Hailey ilə 2018-ci ildə gizlin şəkildə ailə həyatı qurmuşdur. Sonradan onlar dostların və ailə üzvlərinin köməyi ilə şənlik də təşkil etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir